Romanian President Traian Besescu: “I hope, the Nagorno-Karabakh conflict will be solved within inviolability of territorial integrity of Azerbaijan”

Romanian President Traian Besescu: “I hope, the Nagorno-Karabakh conflict will be solved within inviolability of territorial integrity of Azerbaijan”
# 19 April 2011 00:40 (UTC +04:00)
For us it’s very important to cooperate with Azerbaijan. Because Azerbaijan serves as bridge in the Caspian basin. At the same time, Romania is a bridge for Azerbaijan to the European markets. I think, since we started our cooperation so far all initiatives have become a reality. It proves that our political will is strong and cooperation is rapidly carried out. It is clear that our political will contributes to the economic cooperation. It is very pleasant, that today we have achieved a great success in AGRI project. The appropriate company has been selected and the evaluation works are being in progress. It shows that, after the September Summit, we didn’t waste our time. We are very glad that we managed to apply our cooperation to other areas. Particularly, in the field of information technologies. The Romania Company works in this field. I am sure that in the future we’ll expand our cooperation in this field. State Oil Company of Azerbaijan Republic (SOCAR) takes an active part in development of Romania’s economy. It would be desirable for us if SOCAR closely participates in the privatization process carried out in Romania”, the president said.

Traian Besescu also supports the increasing of cooperation between two countries in defense and
military industries. “I think, in the second half of this year we’ll sum up the discussions of the agreement between Romania and Azerbaijan in the relevant field”, - he added.

Touching on the Nagorno-Karabakh issue, T. Besescu appreciated Azerbaijan’s patience and sincerity displayed in the negotiations. "Romania is very concerned of the prolongation related to solution of this frozen conflict. This conflict is situated in the region close to the Black Sea basin. To my opinion, this region is very important for NATO, the EU and Romania as well. I am sure that this conflict must be resolved within the international law. Respect to countries’ sovereignty and territorial integrity should be the main principles. I hope, the Nagorno-Karabakh conflict will be solved on the basis of these principles, the inviolability of Azerbaijan’s territorial integrity and respect for international law”, - T. Besescu said.


Rumıniya prezidenti Trayan Besesku: “Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həllini tapacaq”
“Bu gün hökumətlər səviyyəsində bir sıra sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində imzalanmış sənəd əlaqələrimizdə böyük bir sıçrayış deməkdir”.
Aprelin 18-də Azərbaycanla Rumıniya arasında sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Rumıniya prezidenti Trayan Besesku mətbuat üçün bəyanatında bu fikirləri işlədib.

“Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir.
Çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolunu oynayır.
Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır.
Zənnimcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bu günə qədər bütün təşəbbüslərimiz reallığa çevrilib.
Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir.
Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir.
Çox sevindiricidir ki, biz bu gün AGRİ layihəsində də böyük uğura nail olmuşuq.
Artıq müvafiq şirkət seçilib və dəyərləndirmə işləri həyata keçirilir.
Bu onu göstərir ki, sentyabrdakı zirvə görüşündən sonra biz vaxtımızı boşa xərcləməmişik.
Biz çox şadıq ki, əməkdaşlığımızı digər sahələrə də şamil edə bilmişik.
Xüsusilə də informasiya texnologiyaları sahəsində.
Artıq Rumıniya şirkəti bu sahədə fəaliyyət göstərir.
Əminəm ki, biz bu sahədəki əməkdaşlığımızı gələcəkdə də genişləndirəcəyik.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyanın iqtisadi inkişafında yaxından iştirak edir.
Rumıniyada həyata keçirilən özəlləşdirilmə prosesində ARDNŞ-in yaxından iştirakı da bizim üçün çox istənilən və arzu edilən olardı ”, deyə prezident bildirib.
Trayan Besesku müdafiə və hərbi sənaye sahələrində də iki ölkə arasında əməkdaşlığın artırılmasına tərəfdar olduğunu qeyd edib.
“Zənnimcə, bu ilin ikinci yarısında biz Rumıniya ilə Azərbaycan arasında müvafiq sahədə sazişin müzakirəsini yekunlaşdıracağıq” deyə o əlavə edib.
Dağlıq Qarabağ məsələsinə toxunan T.Besesku Azərbaycanın böyük səbir və danışıqlarda səmimilik nümayiş etdirməsini çox yüksək qiymətləndirdiyini bildirib.
“Rumıniya dondurulmuş bu münaqişənin həllinin uzanmasından çox böyük narahatlıq hissi keçirir.
Bu münaqişə Qara dəniz hövzəsinə yaxın bir regionda yerləşir. Zənnimcə, bu region NATO, Avropa İttifaqı və Rumıniya üçün də çox əhəmiyyətli regiondur.
Əminəm ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir.
Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət başlıca prinsip olmalıdır.
Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi məhz bu prinsiplər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı və beynəlxalq hüququn hörməti çərçivəsində öz həllini tapacaq”, deyə T.Besesku bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED