Bank Of Baku

Azərbaycanın “Köç” filmi “World Mountain Documentary Festival-2012"-də nümayiş etdirilib

Azərbaycanın “Köç” filmi “World Mountain Documentary Festival-2012"-də nümayiş etdirilib
# 01 August 2012 14:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Çinin Qinghai şəhərində keçirilən "World Mountain Documentary Festival-2012" sənədli filmlər festivalında Azərbaycan da təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda ölkəmizi Rusiyada yaşayan azərbaycanlı rejissor və prodüser Rodion İsmailov "Köç" sənədli filmi ilə təmsil edib. Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak etdikləri festivalın məqsədi Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdirilib.

Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən "Köç" filmində, bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların həyatından bəhs olunur. Film 2010-cu ildə Azərbaycanın "DS film" studiyasında istehsal olunub. Çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılan 52 dəqiqəlik ekran əsəri indiyədək bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED