Bank Of Baku

Sumqayıtda elektrik enerjisi abonentlərinin 98%-i sayğaclaşdırılıb

Sumqayıtda elektrik enerjisi abonentlərinin 98%-i sayğaclaşdırılıb
# 12 January 2009 08:44 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtda 1 yanvar 2009-cu ilədək elektrik enerjisi abonentlərinin 97,7%-i və ya 70 050 abonent sayğaclaşdırılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən «Sumqayıtelektrikşəbəkə» ASC-yə istinadən məlumat verilib.
Ümumilikdə, fərdi evlərin elektrik sayğacı ilə təmin edilməsi məqsədilə 160 240 metr SİP kabel istifadə edilib. Elektrik enerjisinin stabil təminatı məqsədilə il ərzində «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən 20 ədəd güc transformatoru yeniləri ilə əvəz edilib, 11 615 metr uzunluğunda 6-10 kV-luq, 13 592 metr uzunluğunda 0,4 kV-luq kabel xətləri yeniləri ilə əvəz edilib, 1 924 ədəd 0,4 kV-luq, 85 ədəd 6-10 kV-luq dayaq basdırılıb, 10 152 metr uzunluğunda hava veriliş xətləri dəyişdirilib, kabellərə 347 ədəd mufta qoyulub.
Qeyd edək ki, 300 mindən artıq əhalinin yaşadığı Sumqayıt şəhəri üzrə məişət qrupuna daxil edilən abonentlərin sayı 71 709-dur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED