No TV sets made in UK any more

No TV sets made in UK any more
# 28 August 2009 13:57 (UTC +04:00)
Baku – APA-Economics. The last TV set made in Britain rolled off the production line yesterday - 83 years after the first television was built here by inventor John Logie Baird.
The Toshiba plant in Plymouth closed with 270 job losses because production is moving to Poland.
The company said about 50 staff would remain at the factory to repair televisions and advise the Polish team.
The firm had been making TVs there since the 60s when the UK was a major producer. Boss Andy Bass blamed a "fiercely-competitive market".
Scots-born Baird built the first TV in 1926 and for many years his firm was the world’s only recognised TV maker.


Böyük Britaniyada sonuncu televizor yığılıb. «APA-Economics»in «Vesti»yə istinadən verdiyi məlumata görə, müasir televiziyanın kəşf olunduğu ölkədə televizor istehsalına son qoyulub.

Yaponiyanın «Toshiba» Korporasiyasının İngiltərənin cənub-qərbində yerləşən Plimut şəhərindəki televizor zavodu ötən gün bağlanıb. Bununla da Böyük Britaniyada televizor istehsalı tam başa çatıb, zavodun istehsal xətləri isə Polşaya köçürülür.

Britaniyalıların əksəriyyəti bu xəbəri «dünyanın emalatxanası» sayılan Birləşmiş Krallığın deindustrializasiyası (sənayesizləşdirmə) prosesinin davamı kimi qiymətləndiriblər.

Qeyd edək ki, dünyada ilk televiziya sistemi şotlandiyalı mühəndis Con Loci Berd tərəfindən yaradılıb. Hələ 1926-cı ilin yanvarında o, London Kral İnstitutunda kəşfini elmi dairələrə və ictimaiyyətə açıqlayıb. Bir çoxları hesab edir ki, müasir televiziyanın tarixi məhz o vaxtdan başlayır.

Bu hadisədən sonra Böyük Britaniya həm televiziya texnologiyalarının, həm də güclü kütləvi informasiya vasitəsinin mənimsənilməsi sahəsində liderliyi ələ keçirib. Kütləvi istehlak üçün nəzərdə tutulan ilk televizorlar da məhz bu ölkədə istehsal olunub, 1929-cu ilin sentyabrından isə ölkədə teleyayım başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED