Bank Of Baku

Azərbaycan Cenevrədə keçiriləcək beynəlxalq sərgidə və ümumdünya forumunda iştirak edəcək

Azərbaycan Cenevrədə keçiriləcək beynəlxalq sərgidə və ümumdünya forumunda iştirak edəcək
# 02 October 2009 10:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-9-da Cenevrədə (İsveç) təşkil olunan “İTU Telecom World 2009” beynəlxalq sərgi və ümumdünya forumunda iştirak edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycanı tədbirdə hökumət və özəl sektor təmsilçilərində ibarət 80 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan beynəlxalq əhəmiyyətli tədbir 4 ildə bir dəfə keçirilir. Bu il keçirilən “İTU Telecom World 2009” sərgi və forumda BMT-nin baş katibi ilə yanaşı, dövlət və hökumət rəsmilərinin, eləcə də 40 ölkədən 700 şirkət və qurumun, 140 ölkədən 35-45 min ziyarətçinin iştirakı nəzərdə tutulub.

Sərgidə Azərbaycana məxsus böyük pavilyonda ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, yaxın gələcəkdə orbitə çıxarılacaq rabitə peyki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan Şərq-Qərb super informasiya magistralı və digər regional səviyyəli layihələri əks etdirən eksponatlar nümayiş etdiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin pavilyonunda Təhsil, Səhiyyə, Vergilər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Sənaye və Energetika nazirliklərinin, Sosial Müdafiə Fondunun, Heydər Əliyev Fondunun, eləcə də yerli özəl İKT şirkətlərinin stendləri geniş şəkildə nümayiş etdiriləcək.

Sərgi çərçivəsində Şərq-Qərb super informasiya magistralının nazirlər toplantısında layihənin təqdimat mərasimi, biznes görüşlərin və Azərbaycan gününün keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED