Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanla Türkiyə arasında təbii qazın alqı-satqısına dair danışıqlar normal davam edir»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanla Türkiyə arasında təbii qazın alqı-satqısına dair danışıqlar normal davam edir»
# 30 June 2009 16:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Türkiyə arasında təbii qazın alqı-satqısına dair danışıqlar normal davam edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, müqavilə uzun müddət üçün nəzərdə tutulduğundan detalların razılaşdırılması xeyli vaxt tələb edir: «Danışıqlar hazırda normal səviyyədədir. Ümumilikdə, 30 illik sazişə düzəlişlər və növbəti 30 il üçün sazişin hazırlanması böyük vaxt tələb edir».

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına alıb. Aprel ayından etibarən təbii qazın yeni alqı-satqı qiymətinin müəyyənləşdirilməsi, eləcə də «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində Türkiyəyə nəql olunacaq qazın həcmi ilə bağlı danışıqlar başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED