Bank Of Baku

“Azercell”: Azərbaycan 4G texnologiyasını tətbiq edən üçüncü ölkə ola bilər

“Azercell”: Azərbaycan 4G texnologiyasını tətbiq edən üçüncü ölkə ola bilər
# 29 April 2011 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan «dördüncü nəsil» mobil rabitə şəbəkəsini tətbiq etməklə dünyada bu texnologiyadan istifadə edən üçüncü ölkə ola bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin prezidenti Əli Ağan bildirib.

«Azercell»in 3G xidmətinin göstərilməsinə hazır olduğunu bildirən Ə.Ağan onu da qeyd edib ki, hazırda şirkət yalnız Azərbaycan Rabitə və İnformasiya Nazirliyi tərəfindən bu xidmətin göstərilməsi üçün «Azercell»ə müvafiq lisenziyanın verilməsini gözləyir: «Biz 3G xidmətinin tətbiqinə 4 ildən artıqdır hazırıq və hazırda yalnız nazirlik tərəfindən müvafiq lisenziyanın bizə verilməsini gözləyirik. Bundan başqa, biz 4G xidmətini tətbiq etməyə də hazırıq və əgər bu xidməti tətbiq etsək, dünyada 4G texnologiyasını istifadə etmiş üçüncü ölkə olarıq».

Ə.Ağan həmçinin «Azercell»in öncə 3G üzrə xidmətlərin göstərilməsinə başlamaq, onun ardınca isə 4G-ni istifadəyə verməsini məqsədəuyğun sayır.

Qeyd edək ik, 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən “üçüncü nəsil” xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürətilə göndərir. 3G üçüncü nəsil şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.

4G - «dördüncü nəsil» mobil rabitə şəbəkəsi isə daha yüksək sürətli internetdən istifadə, internetə 100 Mbit/saniyədən artıq sürətlə qoşulmaq imkanı yaradır. Hazırda bu texnologiya Yaponiya və Çində tətbiq olunub. ABŞ və Avropanın bir sıra ölkələri də 4G-nin tətbiqə hazırlıq işləri aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

THE OPERATION IS BEING PERFORMED