Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq 3% enib

Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq 3% enib
# 12 August 2010 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 11-də Amerika fond bazarında Dow Jones indeksi 2,5% - 10 379 bəndədək, S&P 500 2,8% - 1 090 bəndədək, Nasdaq 3% - 2 209 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi Federal Ehtiyat Sisteminin bəyanatından sonra baş verib. Xatırladaq ki, FES öz bəyanatında ABŞ iqtisadiyyatının bərpa olunması templərinin kəskin azaldığını vurğulayıb.
Həmin tendensiyalar Avropa fond bazarlarında da müşahidə olunub. Belə ki, avqustun 11-də FTSE 100 indeksi 2,4% - 5 245 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 628 bəndədək, Almaniya DAX-ı 2,1% - 6 154 bəndədək enib.
Avqustun 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 201,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2889 (-1,3%) dollar təşkil edir.
#
#

THE OPERATION IS BEING PERFORMED