NEWS FEED
Zoom
16:40 12 December
10:10 12 December
10:01 12 December
TOP 5

Azərbaycan prezidenti Bakıda keçirilən beynəlxalq turizm sərgisini ziyarət edib


Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “AİTF-2011” X Azərbaycan Beynəlxalq turizm və səyahətlər, II Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olublar.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verib ki, “AİTF-2011” sərgisində 61 turizm istiqaməti təqdim edilməklə 24 ölkədən 230 şirkət, II Ümumrespublika daxili turizm sərgisində isə Azərbaycanın 15 rayonundan 83 turizm subyekti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. “AİTF-2011” sərgisində Türkiyə, Misir, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Çexiya, Yunanıstan və Hindistanın turizm potensialını əks etdirən məhsullarla yanaşı, əyləncə proqramları, kulinariya şouları, Azərbaycan və dünya xalqlarının rəqsləri, eləcə da təsviri incəsənət və dulusçuluq işləri nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın müxtəlif regionlarının və xarici ölkələrin turizm potensialını əks etdirən stendlərə baxıblar. Onlara regionlarımızın və xarici ölkələrin əlverişli turizm imkanları haqqında ətraflı məlumat verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Kulinariya Mərkəzinin qazandığı beynəlxalq nailiyyətləri əks etdirən stendə də baxıblar.

Related news releases

VİDEO NEWS

PHOTO NEWS

  • Expo 2025 is an exceptional project for Azerbaijan’s future,...
  • Azerbaijan's First VP Mehriban Aliyeva meets with deputy sec...
+2
EXCHANGE RATE
FOREX
/ 12 December, 2017

USD
1.7
 
EUR
2.0012
 
RR
0.0288